Türkiyədə hərbi maşın qəzaya uğradı: Ölən və yaralılar var - FOTO

Türkiyənin Konya şəhərində hərbi maşın qəzaya uğrayıb.

Hadisə Konya-Adana yolunun 15-ci kilometrliyində baş verib. Qatı duman səbəbindən hərbi maşın önündəki yük maşını ilə toqquşub.

Nəticədə 2 hərbçi həyatını itirib, 2 hərbçi isə yaralanıb. Yaralılar Konya Şəhər Xəstəxanasına aparılıblar.

Ehtiyat tədbiri olaraq yol nəqliyyatın hərəkətinə bağlanıb.

 

Mənbə:: Haber Global 

04.01.2023 16:52
378