Türkiyədə hakim partiyanın qərargahı atəşə tutuldu - VİDEO

Adananın Çukurova mahalında Ədalət və İnkişaf Partiyası binasına silahlı hücum olub. Binanın qarşısına gələn silahlı şəxs partiya qərargahına atəş açıb.

Hücum anı mobil telefonla çəkilib. Artıq şübhəli şəxs saxlanılıb.

Partiyanın Adana rayon sədri Mehmet Ay binaya bir nəfər tərəfindən 12 atəş açıldığı barədə məlumat verib.

Hücum zamanı binada heç kimin olmadığı bildirilib.

20.04.2023 19:31
923