Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Osmaniye vilayətinin Düziçi rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.

11.10.2022 20:21
1131