Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Adana şəhərində 4,6 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 88,1 min nəfərin yaşadığı Kozan bölgəsindən 29 km şimal-şərqdə yerləşib.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Zərərçəkənlər barədə də məlumat verilmir.

07.08.2024 07:29
802