Türkiyədə gərginlik: CHP tərəfdarları kütləvi aksiyalara çağırıldı

Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Deniz Yücel partiya tərəfdarlarını bu gün saat 14:00-da öz vilayətlərində və rayonlarında CHP-nin binaları önünə toplaşmağa çağırıb.

"Ekrem İmamoğlunu və yoldaşlarımızı dəstəkləyirik", - deyə Yücəl bəyan edib.

Ekspertlər hesab edirlər ki, bu çağırış fonunda ölkədə siyasi gərginliyin artacağı gözlənilir.

Musavat.com

19.03.2025 13:48
1253