Türkiyədə gənc oğlan sevdiyi qızı güllələyib cavabı ilə hər kəsi heyrətləndirdi - VİDEO

Türkiyənin İstanbul şəhərində cinayət baş verib.

BAKU.WS xəbər verir ki, 25 yaşlı gənc odlu silahla sevgilisini güllələyib. İstanbulun Bayrampaşa şəhərində 25 yaşlı Eliz K. sevgilisi 24 yaşlı Nazlı Elması 4 yerindən vurub.

Qadın hadisə zamanı ağır yaralanarkən, gənc oğlan saxlanılıb. O, polisə verdiyi ifadədə hər kəsi təəccübləndirib. Gənc təcavüzkar polisə verdiyi ifadəsində sevgilisini zarafatlaşarkən güllələdiyini iddia edib.

19.01.2024 01:12
1450