Türkiyədə fövqəladə vəziyyət elan edildi

Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 rayonda fövqəladə vəziyyət elan edilib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Prezident bildirib ki, fövqəladə vəziyyət 3 ay davam edəcək.

Qeyd edək ki, bundan əlavə ölkədə təhsil ocaqlarında da iki həftəlik tətil elan olunub.

Musavat.com 

07.02.2023 16:20
1005