Türkiyədə fırtına vurub damları uçurub, şüşələri sındırıb

Türkiyədə Muğlanın Bodrum ərazisində qısamüddətli fırtına restoranların damlarını uçurub, şüşələri sındırıb.

APA xəbər verir ki, bu barədə CNN Türk xəbər yayıb.

Sınıq pəncərələr və uçan damların yaxınlığında olan bir neçə nəfər yüngül şəkildə yaralanıb.

Uzun müddətdən bəri davam edən yağıntılar bəzi ərazilərə dolu şəklində düşüb. Bodrumda ağaclara ziyan dəyib.

05.03.2023 22:35
583