Türkiyədə faiz dərəcəsi 50-yə qaldırıldı – Mərkəzi Bank bunun son olmadığını bəyan edir

Türkiyə Mərkəzi Bankı bu gün keçirilən iclasdan sonra əsas faiz dərəcəsini 500 əsas bənd artırıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, tənzimləyici inflyasiyanın daha da yüksələcəyi təqdirdə siyasəti sərtləşdirməyə davam edəcəyini açıqlayıb.

Mərkəzi Bankın açıqlamasında bildirilir ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 45 faizdən 50 faizə qaldırılıb.

Trading Economics-in istinad etdiyi analitiklərin konsensus proqnozunda məzənnənin eyni səviyyədə saxlanacağı gözlənilirdi.

Türkiyə Mərkəzi Bankı fevral fasiləsindən sonra siyasət sərtləşdirmə dövrünə qayıdıb.

Musavat.com

21.03.2024 16:05
1262