Türkiyədə fabrikdə güclü yanğın - İnsanlara xəbərdarlıq edildi

Türkiyənin Denizli şəhərinin Pamukkale rayonunda fabrikdə güclü yanğın başlayıb.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, bölgəyə çoxlu yanğınsöndürənlər göndərilib, fabrik işçiləri təxliyə edilib.

Məlumata görə, yanğınsöndürənlərin müdaxilə etdiyi yanğından yüksələn tüstü şəhərin bir çox yerindən görünür.

Polis əraziyə yaxınlaşmamaları üçün insanlara xəbərdarlıq edib.

 
28.11.2022 16:35
553