Türkiyədə əməliyyat: 13 nəfər saxlanıldı

Türkiyə polisi İzmirdə amerikalı hərbçinin başına torba keçirmə faktı ilə bağlı Türkiyə Gənclik Dərnəyinin rəhbəri Kayahan Çətin də daxil olmaqla 13 üzvünü saxlayıb. 

Musavat.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb. 

ABŞ səfirliyi "USS Wasp" amfibiya hücum gəmisinə gələn ABŞ əsgərlərinin hücuma məruz qaldığını təsdiqləyib. Nümayəndəlik Türkiyə rəsmilərinə operativ müdaxilə və araşdırmaya görə təşəkkür edib. Amerika dənizçiləri indi təhlükəsizdirlər. 

 

Musavat.com

03.09.2024 02:33
440