Türkiyədə Əlavə Dəyər Vergisi 18 faizdən 20 faizə qaldırılıb. Musavat.com Resmi Gazete-yə istinadən xəbər verir ki, bu, Prezident Rəcəb Tayib Ərdoğanın bu gün imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən turizm, tikinti və emal sektorları bu vergini ödəməkdən azaddır. Yerli bank və sığorta şirkətləri özləri azad olsalar da, bank və sığorta əməliyyatlarından ƏDV-nin ödənməsini təmin etməlidilər.
Türkiyə prezidentinin fərmanında həmçinin viza qeydiyyatı, pasport, notarius, yaşayış yerinə qeydiyyat üçün xidmət haqları 50 faiz artırılıb.
Fərmanda ən çox təəccübə səbəb olan məqam xaricdən ölkəyə idxal olunan mobil telefonların qeydiyyat tarifinin 6091 lirədən 20 min lirəyə - indiki məzənnə ilə 233 dollardan 766 dollara qaldırılmasıdır.
Musavat.com