Türkiyədə dəhşətli qəza: 8 ölü, 9 yaralı

Türkiyənin Sivas vilayətində mikroavtobus yük maşını ilə toqquşub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 9-u isə yaralanıb.

Hadisə Kanqal rayonunda qeydə alınıb. Məlumata görə, mikroavtobusda olan şəxslər Bursadan toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

01.09.2022 10:30
613