Türkiyədə daha bir taksi sürücüsünə hücum olundu- ANBAAN VİDEO

Türkiyənin İzmir şəhərində daşla hücuma məruz qalan, qarət edilən və güllələnərək öldürülən taksi sürücüsünün ardınca bu dəfə maşınına mindirdiyi qadına görə gənc taksi sürücüsü döyülüb.

BAKU.WS bu barədə "İhlas Haber Ajansı"na istinadən xəbər verir.

Konak rayonunda baş verən hücumda taksi sürücüsü yumruq hədəfi olarkən, həmin anlar avtomobilin kamerası tərəfindən lentə alınıb.

Bildirilib ki, hadisə fevralın 10-da saat 00:50 radələrində rayonun Ferahlı məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, 35 T 5201 nömrəli taksinin sürücüsü, 23 yaşlı Kaya Özəl ona işarə edən qadını maşınına mindirdikdən sonra irəliləməyə başlayıb.

Daha sonra avtomobilin arxasınca gələn şəxs taksini saxlayıb və qəfildən sürücüyə hücum edib.

Daha sonra maşını ilə ərazini tərk edən taksi sürücüsü polis bölməsinə gedərək ona hücum edən naməlum şəxsdən şikayət edib.

Kaya Özəl, "Son günlər, xüsusən də İzmirdə həmkarlarımıza qarşı zorakılıq halları çox artıb. Biz çörəkpulu qazanırıq, işləyən insanlarıq. Hamımızın həyat yoldaşı, dostları, ailələri var. Biz bu barədə tədbirlər gözləyirik. Bunun qarşısı alınmazsa, hər an başımıza daha pis hadisələr gələ bilər", - deyə bildirib.

Hücum edən şəxsin hər yerdə axtarıldığı qeyd olunub.

 

11.02.2024 21:55
658