Türkiyədə çökmə nəticəsində üç nəfər həyatını itirib - VİDEO

Türkiyədə kanalizasiya işləri zamanı çökmə nəticəsində üç nəfər həyatını itirib. 

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa şəhərində olub. Aparılan kanalizasiya işləri zamanı torpaq çökməsi baş verib. Hadisə nəticəsində üç nəfər həyatını itirib.

Xilasetmə qrupları dərhal əraziyə cəlb edilib. Hazırda hadisənin səbəbləri araşdırılır. 

 

Musavat.com

03.04.2025 23:19
298