6 fevral zəlzələsindən indiyədək 13 072 afterşok qeydə alınıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Qeyd olunub ki, bir ay ərzində baş verən təkanlar 6 ayda qeydə alınanlardan çoxdur.
Onun sözlərinə görə, bu vaxtadək 26 032 dağıntıda axtarış-xilasetmə əməliyyatları aparılıb.
Süleyman Soylu bildirib ki, zəlzələ bölgəsindəki binaların 75 faizi ciddi zədələnib.
Hələlik təcili sökülməli olan binalardan yalnız 15-I sökülüb.