Xəbər verdiyimiz kimi, fevralın 15-i yerli vaxtla saat 20.30 radələrində Türkiyənin Marmara dənizində karqo gəmisi batıb. Hadisə Balıkesir şəhəri yaxınlığında baş verib. Gəmidəki 6 ekipaj üzvündən hələ də xəbər yoxdur.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, yük gəmisinin batdığı anın yeni görüntüləri əldə edilib.
Məlumata görə, gəmidəki 6 ekipaj üzvündən biri olan Hüseyn Tutuk hadisədən bir neçə dəqiqə əvvəl video çəkərək yaxınlarına göndərib.
Belə ki, videoda Tutukun “Allahım, yardım et. Gəmi batır”, - dediyi eşidilir.
Qeyd olunub ki, Hüseyn Tutuk hadisədən 4 gün əvvəl sözügedən gəmidə işə başlayıbmış.
Musavat.com