Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda iki azərbaycanlı dost arasında dava düşüb.
Musavat.com haberler.com-a istinadən xəbər verir ki, Elnar gətirdiyi bıçaqla Əlini boğazından bıçaqlayıb.
Məlumata görə, hadisə dünən yerli vaxtla saat 20:30 radələrində Barbaros Hayrettin Paşa Məhəlləsində baş verib. Hadisə yerindən görüntülər təhlükəsizlik kamerasına düşüb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerindən qaçan şübhəlinin tutulması istiqamətində işlər davam edir.
Musavat.com