Türkiyənin İstanbul şəhərində azərbaycanlılar arasında atışma olub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
2 nəfər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıb. C.Əkbərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com