Türkiyədə azərbaycanlı qadını qatar vurdu

Türkiyənin Ege vilayətində yerləşən Aydın şəhərinin Köşk rayonunda 64 yaşlı azərbaycanlı qadını qatar vurub.

1960-cı il təvəllüdlü Həcər Cavadzadə Ovaköy Məhəlləsində keçiddən keçmək istəyib və bu zaman anidən gələn qatar onu vurub.

Yaralı qadın təcili tibbi yardım maşını ilə Aydın Adnan Menderes Universitetinin xəstəxanasına aparılıb./qaynarinfo

16.12.2024 17:49
726