Türkiyədə avtovağzalda baş verən silahlı atışmanın GÖRÜNTÜLƏRİ

Türkiyənin Şanlıurfa vilayətində şəhərlərarası avtovağzalda atışma baş verib. 

Musavat.com xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində 1 nəfər hadisə yerindəcə ölüb, 10 nəfər isə yaralanıb.

Xəstəxanaya çatdırılan ağır yaralılardan birinin də həyatını xilas etmək mümkün olmayıb və ölüb. Ölənlərin sayı 2-yə yüksəlib, 9 yaralının müalicəsi davam edir.

Polislər hadisəyə qarışdıqları təsbit edilən 5 şübhəlini saxlayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

07.04.2024 19:52
1165