Türkiyədə avtomobil aşdı - 4 hərbçi yaralandı

Türkiyədə Van-Hakkari magistral yolunun Kurubaş hissəsində avtomobilin aşması nəticəsində dörd hərbçi yaralanıb.

Musavat.com report-a istinadən xəbər verir ki, məlumatı "Hurriyet" yayıb.

Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yaralı hərbçilər hospitala yerləşdirilib.

07.06.2024 21:39
413