Türkiyədə avtobus aşıb, 38 nəfər xəsarət alıb

Türkiyədə yol-nəqliyyat hadisəsi zamanı avtobus aşıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Muş-Bursa marşurutu ilə hərəkət edən avtobus Gürün-Pınarbaşı yolunun 70-ci kilometrliyində aşıb.

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib.

Qəza zamanı 38 nəfər xəsarət alıb.

Yaralılar Kayseridəki xəstəxanalara aparılıb.

24.10.2023 03:49
344