Türkiyədə Atatürk heykəlinə hörmətsizlik edən şəxs saxlanıldı - VİDEO

Türkiyədə Sakarya bölgəsinin Akyazı rayonunda Atatürk heykəlini çəkiclə zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Musavat.com bildirir ki, rayonun Ömercikler səmtinin Necati Temel küçəsində naməlum şəxsin Atatürk heykəlini çəkiclə vurduğunu görənlər polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini nəzarətə götürüblər.

Zədələnən heykələ baxış keçirilib.

 Musavat.com

29.02.2024 12:42
755