Türkiyədə ailə üzvləri tapılmayan uşaqlarla bağlı MÜRACİƏT

Türkiyədə hələ tam sayı bəlli olmasa da, ailə üzvləri və ya hələ tapılmamış uşaqların taleyi ilə bağlı narahatlıqlar artmaqdadır.

Musavat.com xəbər verir ki, əhaliyə müraciətdə bildirilib ki, şəhərlərdə Ailə və Sosial Xidmətlər idarəsi ilə əlaqə saxlamaq mümkündür. Azərbaycanlı jurnalist Məhsəti Şərif Özyürek sosial mediada paylaşımda bu barədə məlumat verib:

“Fəlakət nəticəsində ailəsi vəfat etmiş və ya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac var. “E-devlet” üzərindən müraciət etmək mümkündür. Amma prosesi sürətləndirmək istəyirsinizsə, yaşadığınız ilçenin Aile ve Sosyal hizmetler ilçe müdürlüğünə gedib, birbaşa müraciət edə bilərsiniz.

Biz Özyurek ailesi olarak başvurumuzu yaptık. Bir çocuğu bagrimiza basmağa canı gönülden hazırız”.

Nigar Həsənli,
Musavat.com

 

09.02.2023 16:47
1690