Türkiyədə ağır yol qəzası olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, hadisə Van-Hakkari avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, 14 nəfərin olduğu mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı istinad divarını aşaraq çevrilib.
Hadisə zamanı 14 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara çatdırılıblar.