Türkiyədə ağır yol qəzası baş verib, 23 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 23 nəfər yaralanıb.

Qəza yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəzanın səbəbi və sürücülərin adları hələ ki məlum deyil.

26.04.2023 13:46
287