Türkiyənin Bingöl vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində Dörd nəfər həlak olub, 30-dan çox insan xəsarət alıb.
Musavat.com xəbər verir ki, Mardin Səyahət şirkətinə məxsus 33 CFU 60 dövlət nömrə nişanlı avtobus Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi yaxınlığında idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə yerinə dərhal çox sayda təcili tibbi yardım və xilasetmə qrupu göndərilib.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Musavat.com