Türkiyənin Ədirnə vilayətində polisləri daşıyan avtobusla digər nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində 10-u polis olmaqla 11 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, polis əməkdaşlarını daşıyan xidməti avtomobillə turistləri daşıyan avtobus toqquşub.
Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Xəsarət alan 10 polis əməkdaşı və xidməti avtomobil sürücüsü hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıb.
Qəza səbəbindən Kapıkule-Ədirnə yolunda nəqliyyatın hərəkəti nəzarət altına alınıb. Avtobusun sürücüsü polis bölməsinə aparılıb.
Hadisənin səbəbləri araşdırılır.
Musavat.com