Türkiyədə 7 günlük matəm elan edildi

Türkiyədə 7 gün milli yas elan edilib. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter sosial şəbəkəsində açıqlama paylaşıb. 

"6 fevral 2023-cü il tarixində ölkəmizdə meydana gələn zəlzələlər səbəbilə 7 gün milli yas elan edilmişdir. Bütün ölkədə və xarici təmsilçiliklərimizdə 12 fevral 2023-cü il, bazar günü günəşin batışına qədər bayraqlarımız yarıya endiriləcək", - Ərdoğan qeyd edib.

 

Musavat.com

06.02.2023 21:42
1355