Milli valyutanın dəyərdən düşməsi ilə üzləşən Türkiyə hökuməti 500 və 1000 lirəlik əsginasları dövriyyəyə buraxmaq niyyətində deyil.
Musavat.com xəbər verir ki, bu barədə vitse-prezident Cevdet Yılmaz “Habertürk” telekanalına açıqlamasında bildirib.
O, belə bir mövzunun müzakirə olunmadığını qeyd edib.
Xatırladaq ki, hazırda Türkiyədə ən böyük əsginas 200 lirədir.
Bundan əlavə, mətbuatda 5 və 10 lirəlik sikkələrin dövriyyəyə buraxılması ilə bağlı təsdiqlənməmiş şayiələr də yayılıb.
Musavat.com