Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

11,3 kilometr dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

 

19.02.2024 09:16
385