Türkiyədə 1 ton 340 kq narkotik müsadirə edilib, 364 nəfər saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 46 vilayətdə narkotik istehsalçılarına və satanlara qarşı “Narkogüç-42” adlı əməliyyat keçirib.

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

O bildirib ki, əməliyyat nəticəsində 1 ton 340 kiloqram narkotik maddə müsadirə edilib.

Nazir qeyd edib ki, narkotik vasitələrin istehsalı və satışında şübhəli bilinən 364 nəfər saxlanılıb.

06.01.2024 10:33
334