Türkiyə yenidən SİLKƏLƏNDİ - Dağıntı və tələfat...

Türkiyənin İzmir vilayətində, Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edilib ki, ilk təkanın ardınca 3,7 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

15.05.2024 11:30
1093