Türkiyə yenə SİLKƏLƏNDİ: Dağıntılar... - SON DƏQİQƏ

Türkiyədə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, 4 maqnitudalı zəlzələ Quşadası körfəzində qeydə alınıb. Yerin 7,7 km dərinliyində baş verən zəlzələnin təkanlar İzmirdə də hiss edilib.

Dağıntı və tələfatlar barədə məlumat verilməyib.

Musavat.com 

26.02.2024 12:24
1605