Türkiyə XİN rəhbəri: “Ya müharibəyə göz yumacağıq, ya da...”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə keçirdiyi brifinqdə Rusiya-Ukrayna münaqişəsinə dair mühüm açıqlama verib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçirilən son danışıqlardan sonra qarşıda iki yol qalır: "Ya biz bu müharibənin davamına göz yumacağıq, ya da ilin sonuna qədər ədalətli və davamlı sülhə nail olacağıq."

Fidan əlavə edib ki, Türkiyə olaraq onlar sülhün və atəşkəsin dərhal əldə olunmasını yeganə çıxış yolu hesab edirlər:
"Biz ədalətli və qalıcı sülhü birmənalı şəkildə dəstəkləyirik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik."

Musavat.com

30.05.2025 15:26
557