Ermənistan fərqli yollarla Qarabağa silah göndərməyə çalışırdı, təəssüf ki, yenə bir gərginlik oldu.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.
“Bu gərginliyi kənara qoyub hərtərəfli sülh sazişini imzalayıb yolların (Zəngəzur dəhlizi -red.) bərpasını, inşasını başlatmaq lazımdır. Bu Ermənistanın da xeyrinədir”.
Nazir, Azərbaycandan İran vasitəsi ilə də Naxçıvana bir yolun mövcud olmasının vacibliyini vurğulayıb:
“Biz bunu da dəstəkləyirik, çünki hər zaman alternativlər lazımdır. Bir yerə bağlı olmaq risklidir”.