Kosovonun şimalında baş verən hadisələri narahatlıqla izləyirik. Bu hadisələr regional təhlükəsizliyə və sabitliyə ziyan vurur.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Türkiyə bütün tərəfləri zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırır:
“Gərginliyi azaltmağın və regionda davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolu davam edən dialoq prosesində irəliləyişə nail olmaqdır”.