Türkiyə XİN Azərbaycana təşəkkür etdi

Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.

Nazirlik bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.//Report

17.08.2024 22:33
439