Oktyabrın 10-na keçən gecə Türkiyə və bəzi digər dövlətlərin vətəndaşlarının Livandan təxliyəsi başa çatıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bu tapşırığı yerinə yetirmək üçün göyərtəsində 2000-ə yaxın sərnişin daşıyan Türkiyə Hərbi Dəniz Qüvvələrinin iki gəmisi ayrılıb.
Təxliyə edilən vətəndaşlar Türkiyənin cənubundakı Mersin limanına aparılıb.
Şahanə Rəhimli,
Musavat.com