Türkiyə vətəndaşı Sumqayıtda intihar etdi

Sumqayıtda Türkiyə vətəndaşı intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, Xəzər dənizinin Sumqayıt sahilindən kişi meyiti tapılıb.

Meyitin 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Şahin Vahid Nahid olduğu müəyyən edilib. 24 yaşlı türk gəncin intihar məqsədi ilə özünü dənizə atdığı bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

10.07.2022 18:38
499