Türkiyə vətəndaşı Qusarda avtomobil qəzasında ölüb

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yük avtomobilinin sürücüsü olan Türkiyə vətəndaşını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.

23.08.2022 22:34
538