Türkiyə və Rusiya Suriyada SAVAŞA BAŞLADI: Putin Əsəd tərəfdarlarını Suriyada Ərdoğana qarşı QALDIRDI

Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olur.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

“Daxili təhlükəsizlik idarəsi inzibati mərkəzlərdə, yaxınlıqdakı yaşayış məntəqələrində və dağlıq ərazilərdə axtarış üçün genişmiqyaslı əməliyyatın başladığını da açıqlayıb”, - məlumatda qeyd olunub.

Qurum Bəşər Əsəd tərəfdarlarını silahı yerə qoymağa çağırıb.

Qeyd edək ki, ötən gün Cəblə şəhərində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda Suriyanın yeni hökumətinin Dövlət Təhlükəsizlik İdarəsinin ən azı 13 əməkdaşı həlak olub.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları Latakiyanın şərqində M4 magistralındakı Əl-Muxtariyyə körpüsünü tutublar. Ötən gün Əsəd tərəfdarları ilə Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən toqquşmada 48 nəfər ölüb. Bu gün Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv


07.03.2025 13:08
1242