Türkiyə və İsrail müdafiə nazirləri Ankarada görüşüb

İsrailin müdafiə naziri Benni Qantz Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki nazirin görüşündən sonra heyətlər arasında görüş başlayıb.

Qeyd edək ki, israilli nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

27.10.2022 17:10
544