Türkiyə və İraqda  İran prezidenti seçkilərinə səsvermə başladı

Türkiyə və İraqda  İran prezidenti seçkilərinə səsvermə başladı.

İSNA xəbər verir ki, bu gün səhər saatlarından etibarən Türkiyə və İraqda İranda 14-cü prezident seçkilərinin ikinci turu üçün səsvermə prosesinə start verilib.

Məlumata görə, Türkiyədə yaşayan iranlılar üçün Ankara, İstanbul (2 şöbə), Ərzurum, Trabzon, İzmir, Antalya və Van şəhərlərində seçki məntəqələri qurulub. Qeyd olunub ki, İranın Bağdadakı səfirliyində də səsvermə prosesi davam edir.

05.07.2024 13:12
464