Türkiyə və İran regionda müharibədən yayınmağa çağırır

İstanbulda keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan birgə çıxış ediblər.

Musavat.com xəbər verir ki, Əraqçi vurğulayıb ki, İran sülh tərəfdarı olsa da, istənilən ssenariyə hazırdır. O, İsrailin hərbi cinayətlərinə qarşı çıxaraq, Qəzza və Livanda dərhal atəşkəsin tərəfdarı olduğunu bildirib.

Hakan Fidan isə regionda müharibənin genişlənməsi riskinə diqqət çəkib və Türkiyənin münaqişəni arzulamadığını vurğulayıb. O, Qəzzada atəşkəs rejiminin tətbiqinin vacibliyini qeyd edərək, İsraili Livana hücumlarını dayandırmağa çağırıb.

Fidan, həmçinin, İsrailin baş naziri Benyamin Netanyahunun bölgədə yeni cəbhələr açmağa çalışdığını və İranı müharibəyə cəlb etmə cəhdlərini tənqid edib. O, Türkiyə və İranın regionda daimi güclər olduğunu vurğulayıb.

Şahanə Rəhimli,
Musavat.com

19.10.2024 14:50
554