Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Qeyd edək ki, nümayəndələr arasında üç dəfə, yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.