Türkiyə və ABŞ prezidentlərinin görüşü başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Cozef Bayden arasında görüş başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Liderlər “G-20”liyin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib.

15.11.2022 12:26
1042