“Türk dünyası Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanı əhatə edərək Avropa və Asiya arasında körpü qurur. Bu dünyanın təsiri Rusiya və Çinə də yayılır.
Musavat.com xəbər verir ki, belə bir məlumat The Economist qəzeti tərəfindən yayılıb.
Ukraynadakı müharibə Mərkəzi Asiya ölkələrinin Rusiyaya inamını sarsıdıb. Qərbin Rusiyaya qarşı sanksiyaları regionun iqtisadiyyatını yenidən formalaşdırır.
Minlərlə rus şirkəti Qazaxıstana köçüb. Bəzi Orta Asiyalılar qadağan olunmuş malları Rusiyaya göndərirlər. Eyni zamanda beynəlxalq bazarlara çıxmaq üçün Rusiyadan asılı olan Mərkəzi Asiya ixracatçıları yeni marşrutlar axtarırlar. Bu, Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizə marağı yenidən artırıb.
"Region ölkələri hələlik Rusiyadan uzaqlaşa bilmir. Ancaq sıralarını birləşdirməklə və Türkiyə ilə körpülər qurmaqla Rusiyanın təsirini azalda bilərlər", - deyə yazıda qeyd olunub.
Musavat.com