Türkiyə Ticarət Nazirliyi məlumat yaydı: İsraillə ixrac-idxal əməliyyatları...

Türkiyənin Ticarət Nazirliyi Türkiyənin İsraillə bütün ticarəti dayandırması ilə bağlı məlumat yayıb. 

Musavat.com bu barədə "Təbriz Turan TV" telegram kanalına istinadən xəbər verir.

Məlumatda deyilir: "Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə keçərək, bütün məhsulları əhatə etməklə, İsraillə ixrac-idxal əməliyyatları tamamilə dayandırılıb.

Bu məhdudiyyətlərin işğal altında yaşamalı olan fələstinli qardaşlarımıza təsir etməməsi üçün Ticarət Nazirliyimizlə Fələstin Milli İqtisadiyyat Nazirliyi arasında lazımi işlər koordinasiya edilir". 

 

Musavat.com

03.05.2024 00:50
1108